ÖTƏN AXŞAM AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

0

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NİYYƏTDƏ SƏMİMİYYƏT

Niyyət ürəkdə olan bir qərar deməkdir. Əməllərin düzgünlüyü niyyətə bağlıdır və buna görə dəyərləndirilir. Hər kəs niyyətlərinə diqqət etməli. Allah...

Bağla