QƏZZADA ÖLƏNLƏRİN SAYI 41 MİN NƏFƏRƏ YAXINLAŞIB

0

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində bu günə qədər ölən fələstinlilərin sayı 41 min nəfərə yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

İndiyədək Qəzza zolağında ölənlərin sayı 40 972 nəfərə, yaralananların sayı 94 761 nəfərə çatıb.

“Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 33 fələstinli həlak olub, 145 nəfər yaralanıb”, – məlumatda bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN-nin amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat...

Bağla