Moskva Patriarxı Kirill: Bizim müsəlmanlara düşmən olmağa heç bir səbəbimiz yoxdur

0

Rus Pravoslav Kilsəsinin rəhbəri Moskva Patriarxı Kirill Rusiyada müsəlmanlar və xristianlar arasında heç bir qarşıdurma olmadığını bildirərək, “Bizim müsəlmanlara, onların da bizə düşmən olması üçün heç bir səbəb yoxdur” dedi.

Patriarx Kirill, 10-cu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda, AA müxbirinin “son vaxtlar müsəlmanlar və xristianlar arasında parçalanma yaratmaq meylinin artması və Rusiyanın belə bir münaqişəyə qarşı hansı ehtiyat tədbirləri gördüyü” ilə bağlı sualını cavablandırıb.

Müsəlmanlar və xristianlar arasında parçalanma yaratmaq meylinin olduğunu təsdiqləyən Kirill Rusiyada müsəlman və xristianların bir-biri ilə probleminin olmadığına diqqət çəkib.

Bu baxımdan Rusiya təcrübəsinin vacib olduğunu izah edən Kirill, bəzi başqa problemlər olsa da, Rusiyada heç vaxt dinlərarası münaqişənin olmadığını vurğulayıb.

“Rusiyada pravoslav xristianlar və müsəlmanlar diplomatik etiketdə deyil, əslində qardaşdırlar. Biz birlikdə işləyirik. Fəaliyyətimizi təşkil etməyə kömək edən təşkilatlarımız var, o cümlədən ümumi fikir bildirmək lazım gələndə siyasi səviyyədə. Rusiya pravoslavlıq və islam arasında demək olar ki, ideal münasibəti nümayiş etdirir.” – deyə Krill bildirb.

Ölkədə iki dinin mənsublarının həmrəy olduğunu ifadə edən Kirill, “Bizim müsəlmanlara, onların da bizə düşmən olması üçün heç bir səbəb yoxdur. Biz birlikdə Allaha inanırıq, birlikdə bir-birimizin dəyərlərinə hörmət edirik. Biz müxtəlif təşkilatlarda iştirak edərək, müxtəlif platformalarda bir araya gələrək birlikdə işləyirik. Bizdə (Rusiyada) hər şey yaxşıdır”. dedi.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAHDAĞA QAR YAĞIB

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq...

Bağla