Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib

0

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SENTYABRIN 22-Sİ AZƏRBAYCANA PAYIZ FƏSLİ DAXİL OLACAQ

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu...

Bağla