Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

0

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək “Nusret-2024” beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlər sentyabrın 20-dən 29-dək davam edəcək.

Manevrlərdə Türkiyə, Rumıniya, İspaniya, İtaliya və Yunanıstana məxsus gəmilərdən ibarət NATO Daimi Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2, həmçinin Türkiyə, Bolqarıstan və Rumıniya gəmilərindən ibarət Qara Dəniz Minalarına Qarşı Tədbirlər Xidməti qrupu iştirak edəcək.

Bildirilib ki, Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, BƏƏ, Braziliya, Bolqarıstan, İndoneziya, Mərakeş, İndoneziya, Fransa, Qabon, Cənubi Koreya, Malta, Malayziya, Peru, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanı, Oman və İordaniyadan 54 müşahidəçi təlimlərdə iştirak edəcək.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ: QLOBAL SABİTLİYƏ TÖHFƏ VERİRİK

Türkiyə qlobal sabitliyə töhfə verir. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada müdafiə sənayesi sahəsi ilə bağlı keçirilən sammitdə çıxışı zamanı...

Bağla