Müasir dövrün ən böyük bəlalarından biri İslamofobiyadır. Bəs, İslamofobiya nədir? Necə oldu ki bütün dünyanı öz cənginə aldı? İslamofobiya iki sözün birləşməsindən əmələ gələn mürəkkəb bir sözdür. Belə ki, “İslam” sözü ərəbcə bir sözdür və “sülh”, “əmin-amanlıq” mənasına gəlir. “Fobiya” isə Yunan mifologiyasındakı qorxu tanrısı “phobia”dan törəmişdir. İslam və fobiya sözlərinin birləşməsindən meydana gələn İslamofobiya isə “İslam qorxusu” mənasını ehtiva edir. Burada diqqət edilməsi vacib olan məqamlardan biri əmin-amanlıq, sülh mənalarına gələn İslam ilə qorxu mənasını ifadə edən fobiya sözləri necə yan-yana gələ bilər?
İslamfobiyanın haçan və necə ortaya çıxdığı haqda bir-birindən fərqli mülahizələr vardır. Qərbli alimlər İslamofobiyanı 11 sentyabr hadisələrinə bağlayırlar. Əl-Qaidə terror təşkilatının Nyu York şəhərində törətdiyi qətliamlardan sonra insanların hafizəsində İslama qarşı tərəddüd meydana gəlmiş və ya İslamın terrorizmi dəstəkləyən bir din olduğu fikri qəbul edilməyə başlanmışdır. Məşhur fələstinli alim Edvar Səidə görə Qərb, çəkdiyi filmlərdə müsəlmanları natəmiz, ağılsız, terrorist, şəhvətə düşkün, İslam dini isə bütün şərlərin mənbəyi kimi təqdim etmişdir. Həmin filmləri izləyən insanlar Qərbin ideologiyasını mənimsəmişdir. Beləliklə İslamofobiya filmlər vasitəsilə Avropadan dünyaya sirayət etməyə başlamışdır.
Bəli, bu gün istisnasız bütün dünya İslamofobiya xəstəliyindən əziyyət çəkir. İnsanlar gördükləri hər mənfi davranışı və ya hərəkəti İslam dininə və müsəlmanlara şamil edirlər. Bunun məntiqi nəticəsi olarak müsəlmanlar irqi, dini və milli ayrıseçkiliyə məruz qalırlar. Əgər İslamofobiyanın artım tendensiyası bu xətt üzr davam edərsə növbəti illərdə dünyanı ciddi sıxıntılar gözləyir. Halbuki İslam, ədalətə riayət edən, hər kəsə haqqını verən, sadəcə insanların deyil, eyni zamanda heyvanların və təbiətin də haqq və hüquqlarını mühafizə edən bir dindir. Məhz buna görə İslamla fobiya sözlərini bir arda istifadəsi məkrli bir hərəkətdir. Müsəlmanlar olaraq biz, hərəkət və sözlərimizə diqqət edərək İslam adına xələl gətirəcək davranışlardan uzaq durmalıyıq. Hər kəs öz vəzifə öhdəliyini yerinə yetirərsə İslamofobiya zamanla azalacaq və yox olub gedəcəkdir.
Murad Ağayev