Türkiyədəki meşə yanğınları ilə bağlı göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.