İSRAİL QƏZZADA MƏKTƏBƏ HAVA ZƏRBƏLƏRİ ENDİRİB

0

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib.

“İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. Komanda-nəzarət mərkəzi əvvəllər UNRWA-nın “Şücayyə” məktəbinin olduğu binada yerləşib”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YÜKSƏK DAĞLIQ ƏRAZİLƏRDƏ QAR YAĞACAQ

Oktyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə...

Bağla