DQİDK SƏDRİ BEYNƏLXALQ HÜQUQ VƏ DİN SİMPOZİUMUNDA İŞTİRAK EDƏCƏK

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 3-dən 9-dək Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Simpozium çərçivəsində Ramin Məmmədov 3-4 oktyabr tarixlərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunacaq tədbirə də qatılacaq.

Oktyabrın 9-da isə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondunun rəhbərliyi ilə görüş keçirəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Astanada keçirilən görüşlərində iştirak etmək...

Bağla