TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ FƏXRİ VƏ ŞƏHİDLƏR XİYABANLARINI ZİYARƏT EDİB

0

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Report” xəbər verir ki, türkiyəli nazir daha sonra Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və onu müşayiət edən nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. Səfər çərçivəsində Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında əməkdaşlıq...

Bağla