“Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir”

0

Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir.

Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür: “Bir millət, iki dövlət” şüarı ilə dövlətlərimiz arasında dostluq münasibətləri inkişaf edir. Bu gün də ədalətli cəza, ədliyyə sahəsində bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq, anlaşma memorandumu imzalanacaq”.

Nazirin sözlərinə görə, ikigünlük səfər çərçivəsində Ali Məhkəmənin sədri İnam Kərimov və Baş prokuror Kamran Əliyevlə də görüşlər nəzərdə tutulub.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ FƏXRİ VƏ ŞƏHİDLƏR XİYABANLARINI ZİYARƏT EDİB

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. “Report” xəbər verir ki, türkiyəli nazir...

Bağla