NÖVBƏTİ İKİ GÜNDƏ GÜCLÜ KÜLƏK ƏSƏCƏK – XƏBƏRDARLIQ

0

Bakıda və Abşeron yarımadasında və bölgələrdə oktyabrın 8-9-da gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏNSAR KİMDİR?

Ənsar sözü “kömək etmək” mənasında olan nəsr kökündən törəmiş “nasir” və ya “nasır” sifətinin cəmidir. İslam ədəbiyyatında Ənsar Övs və...

Bağla