Azərbaycanın amfibiya təyyarəsi İzmirdəki meşə yanğınlarına cəlb olunub

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

“Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən...

Bağla