MÖVLUD “AD GÜNÜ” DEYİL

0

Hər ilin rəbiuləvvəl və aprel aylarında Həzrət Peyğəmbərin dünyaya gəlişi və dünyanı şərəfləndirməsilə bağlı “mövlud” məclisləri keçirilir. 

Nübüvvət, risalət və onun həyatına həsr edilmiş qəsidə, mərsiyyə və mədhiyyələr oxunur, salavatlar gətirilərək dua edilir.

Hər şeydən əvvəl belə bir adəti  “ad günü” kimi adlandırmaq və ona bu gözlə baxmaq xətadır. Məlumdur ki, belə məclislər dünyəvi məqsəd daşımır. Çünki müsəlmanın həyat fəlsəfəsi fərqlidir. Məsələn, savab ummaq və sədəqə paylamaq niyyəti ilə möminin dünyaya gəlmiş körpəsi üçün “əqiqə” qurbanı kəsməsi Peyğəmbər (s.ə.s) sünnəsidir və “ad günü” ilə əlaqəsi olamayan bir müstəhəb əməldir. (Əbu Davud, Ədahi, 21.) Allaha şükürdən ibarət olan bu kimi müstəhəb əməllər bəzən Peyğəmbərdən, bəzən də səhabələr tərəfindən savab, şükür və həmd etmək, niyyəti ilə təşkil edilmiş, Həzrət Peyğəmbər əleyhissalam da onu bəyənmişdir. (Bax: Müslim, Zikr 40.)

Onun şəninə mərsiyyə oxumaq bunlardan biridir ki, mövlud adı ilə müasir formasını almışdır. Çünki mövlud məclisi bir tərəfdən tarix olaraq gəməri təqvimlə rabiuləvvəl ayına məxsus olması, digər cəhətdən isə məhz mərsiyyə və mədhiyyələrlə bəzənməsi, təməli dini qaynaqlara bağlı bir adətdir. 

Tarix olaraq rəbiuləvvəl ayına gəlincə, zamandan bir anın mübarək olması bir Quran ənənəsidir. (Bax: Duxan, 44/3.) Həmçinin sünnədə məhərrəm ayının onuncu günü şükür nişanəsi kimi Həzrət Musanın Fironun zülmündən xilas olduğu gün kimi oruc ibadəti ilə keçirilməsi  (Buxari, Savm, 69; Müslim, Siyam 127.) müəyyənləşdirilmişdir.

Peyğəmbərin dünyaya gəldiyi gün də (bazar ertəsi) Allahın dəyər verdiyi bir gündür. Çünki onun dünyaya gəlişini müjdələyən Süveybə adlı köləni azad etməsi hörmətinə müşrik də olsa Əbu Ləhəbin hər bazar ertəsi günü əzabının yüngülləşməsi (Buxari, Nikah 20) hadisəsi buna bir həmzəmindir.

Digər cəhətdən belə bir məclisin birbaşa Həzrət Peyğəmbərin doğulduğu gündə və ya ayda keçirilməsi isə belə bir rəvayətə dayanır. Müslimin rəvayət etdiyi bir hədisi-şərifdə qeyd edildiyinə görə səhsabələr bazar ertəsi oruc tutmaq haqqında soruşanda Peyğəmbər (s.ə.s) belə cavab verdi: 

Məclisdə mərsiyyə oxuma adətinə gəlincə, əslində “mövlud” Həzrət Peyğəmbərin doğulduğu ildönümlə bağlı məclisdə oxunmaq üçün yazılmış mənzum əsərin adıdır. Bu mərsiyyə adəti də həmçinin Həzrət Peyğəmbərin həyatda olduğu vaxtdan etibarən başlamışdır. Belə ki, bu birbaşa Həzrət Peyğəmbər əleyhissalamın üzünə qarşı oxunmuş “Qəsideyi-Bürdə” məlumdur. Əshabdan Kab bin Züheyr həm əshabı, həm də Həzrət Peyğəmbəri mədh edən o məşhur qəsidəsini söyləmiş, qəsidəni bəyənən Peyğəmbər də öz əbasını ona hədiyyə etmişdir. Həm Kab bin Züheyr, həm də Peyğəmbər şairi Hassan ibn Sabitin Həzrət  Peyğəmbəri mədh edən bir çox şeiri bu günə qədər gəlib çatmış və elm və ədəbiyyat aləmində məşhurdur. (Bax: Divan, s. 78-81-319.)

Səhabədən sonra yazılan nəzm əsərlərin daha çox Onun dünyaya qədəm basmasından vəfatına qədərki mövzuları bir sirət formasında ehtiva etməsi diqqəti cəlb edir. Onların möhtəvası

ayələrinin təcəllisi kimi təsvir edilmiş, hər cəhətlə bu meyarda təzahür etmişdir. İslamın getdiyi hər yerdə mənzumələr kimi yazılmış və bu günə kimi də oxunmaqda davam edir.

Coğrafi baxımdan sadalasaq elə ərəblərin yaşadığı coğrafiyanın özündə Əli b. Həmzə əl-Kisainin (v.189/805) “Sirət” nəzmi, Vaqidinin (v.207/823) “Mövludul-Vaqidi” mənzuməsi, Məhəmməd b. İshaq əl-Müsəyyəbin (v.236/850) “Mövlud”u, Əbul-Fərəc İbnul-Cövzinin “Mövlud”u və daha çox məclislərdə oxunması ilə məşhur olan İbn Dihyə əl-Kəlbinin “ət-Tənvir fi Mövludis-Siracil-Munir” mənsur əsəridir. Bundan başqa ərəb dünyasında “Qəsideyi-Bürdə”, Busirinin “mziyyə” və “Mudariyyə” qəsidələri məclislərdə daha çox oxunmuşdur. Bağdad mövlud məclislərində isə Əbul-Qasim Abdulvahid İbn Məhəmməd əl-Mutarrizin (v.439/1047) qələmə aldığı qəsidə məşhur olmuşdur. Xülasə, ərəb ədəbiyyatında bir termin olaraq “mövlud” artıq hicri ikinci (miladi VIII) əsrdən başlayaraq ortaya çıxmışdır.

Məğribdə Məhəmməd ibn Əbu Bəkir Şükratisinin “İ`dmiyyə”si və Yaqub Sarsarinin “Mədhiyyə”ləri məşhur olmuşdur. Afrikanın şərq sahillərində Abdurrahman əz-Zəbidinin “Mövludi-Şərif”i, Somalidə Əbul-Həsən Nurəddinin “Ünvani-Şərif”i, müasir Ərəbistan, Hindistan və Asiya ölkələrində Mədinə Müftisi Cəfər İbn Həsən əl-Bərzəncinin “Mövlud”u,  İranda nadir də olsa Məhəmməd b. Məsud əl-Qazəruninin “Mövludun-Nəbi”si və  Əfifuddin, Suzəni və Həsən b. Fətullahın nəzmləri,  Turan coğrafiyasında isə Süleyman Çələbinin (v.825/1422)  məşhur mövlud kitabı “Vəsilətun-Nəcat”la birgə 200-yə yaxın mövlud mənzuməsi yazılmış, bəstələnmiş və oxunmuşdur.

Ona görədir ki, bütün İslam aləmi Fəxri-Kainat (s.ə.s)-in dünyaya gəlməsi kimi mühüm bir hadisə olan mövlud ənənəsinə sadiq qalmış, İslam alimləri bunun cəvazına dair birləşmiş, hətta üləmadan Heytəmi, Ali əl-Qari, Şatıbi kimi alimlər özləri də mövlud nəzmi qələmə almışdırlar.

Dr. ƏHMƏD NİYAZOV  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏNLƏ SƏNSİZ

Hardan başlayacağımı bilmirəm. Sənə olan sevgimizdən bəhs etsəm qorxuram yanında yalançı olaq. Əbu Bəkr də sevdiyini söyləsin, biz də...

Bağla