İlahiyyat İnstitutu ilə ABŞ Briqam Yanq Universiteti arasında memorandum imzalanıb

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Briqam Yanq Universitetinin dekanı Skott Miller imzalayıblar.

Memorandumun bəndlərində hər iki ali təhsil müəssisəsinin fakültə, kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, multikulturalizmi təşviq edən birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda professor-müəllim heyəti və tələbələrin hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılması məqsədilə tədbirlərin təşkili, qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi, dinlər və xarici dillərin öyrənilməsi sahəsində təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, eyni zamanda Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb. R. Məmmədov Azərbaycan İlahiyyat İnstitutu ilə Briqam Yanq Universiteti arasında imzalanan Memorandumun bu prosesə töhfə verəcəyinə əminliyini ifadə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın amfibiya təyyarəsi İzmirdəki meşə yanğınlarına cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki,...

Bağla