Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov İordaniya Haşimilər Krallığı Vəqf və İslam İşləri Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq elmi təlimdə iştirak edib. Təlim krallığın paytaxtı Əmmanda yerləşən II Abdulla adına İmamların və Xətiblərin Hazırlığı İnstitutunda keçirilib.
“Əmman mesajı”nın məzmununu şərh edən 45-ci beynəlxalq elmi təlim 22-30 sentyabr 2024-cü il tarixlərində baş tutub.
Tədbirin açılış mərasimində krallığın vəqf, İslam işləri naziri, professor Məhəmməd Əhməd əl-Xəlayləh, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Beynəlxalq təlimə 30 ölkədən nümayəndə qatılıb. Ölkəmizi beynəlxalq səviyyəli təlimdə İordaniya Haşimilər Krallığında ezamiyyətdə olan Aİİ-nin kafedra müdiri, dosent İlkin Əlimuradov təmsil edib.
Məlumat üçün bildirək ki, İlkin Əlimuradovun Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov ilə görüşü də keçirilib.