BƏZİ YERLƏRDƏ ŞİMŞƏK ÇAXIB, LEYSAN YAĞIB

0

Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 12-si saat 10:00-a olan məlumatına əsasən, yağıntının miqdarı Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.

Qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MESUT ÖZİL: “QARABAĞ BİZİM CANIMIZDIR”

Qarabağ bizim canımızdır. Bunu Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil deyib. Dünya çempionu görüşə gələnlərə təşəkkürünü bildirib:...

Bağla