ZƏLZƏLƏ TÜRKİYƏNİN İKİ VİLAYƏTİNDƏ 550-DƏN ÇOX BİNAYA ZİYAN VURUB

0

Oktyabrın 16-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölkənin Malatya və Elazığ vilayətlərində ümumilikdə 555 bina ziyan görüb.

Bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib.

O qeyd edib ki, Elazığda 20 binaya dəymiş ziyan ağır, 517 binaya dəymiş ziyan isə yüngül qiymətləndirilir.

Həmçinin Malatyada 18 binaya yüngül ziyan dəyib.

Qeyd edək ki, dünən Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın insan xəsarət alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞİMŞƏK ÇAXIR, LEYSAN YAĞIR

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla