“Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib

0

Türkiyənin İstanbul şəhərində Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Araşdırmalar İnstitutunun nümayəndəsi Mehdi Gəncəli, Fətəli xan Xoyskinin qardaşı nəvəsi Kərim Mehmedzadə, professor İbrahim Yıldırım və digərləri 1918-ci ildən sonra Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalan həmvətənlərimizin ağır həyat yolu haqqında danışıblar.

Bildirilib ki, kitab Azərbaycanın mühacir həyatı yaşayan görkəmli şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Apardığı araşdırmalar nəticəsində İstanbulun fərqli qəbiristanlıqlarında Azərbaycanın çox sayda görkəmli şəxsiyyətinin məzarlarının olduğunu müəyyən edən Dilqəm Əhməd məhz bu məzarlar əsasında hazırlanan kitabında 60-dan çox şəxs haqqında məlumat verib.

Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş və ömrünün sonunadək Vətənimizin istiqlalı amalına sadiq qalmış, bu yolda yorulmadan mübarizə aparan azərbaycanlı mühacirlərin xatirəsinə həsr edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezident bu barədə...

Bağla