Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qarabağ müharibəsində qələbə ilə azad edilmiş ərazi üzərində ucalan Zəngilan Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Nazir bununla bağı “X”dəki hesabına yazıb.
O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılışını etdyi Zəngilan Hava Limanı Azərbaycanın inkişafı yolunda yeni səhifə açıb.
Nazir əminliyini bildirib ki, bu qardaşlıq ilə gələcək inkişaf daha parlaq olacaq.