ETSN: Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

0

Hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.

Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SAHİBƏ QAFAROVA TÜRKİYƏ SƏFİRİNİ QƏBUL EDİB

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını qəbul edib. Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib....

Bağla