Ermənistan qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasını prioritet saymır

0

“Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu nazir Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Bu, bizim üçün prioritet məsələ deyil”, – o bildirib.

A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Gülər: Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir

Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir. “Report” xəbər verir ki, bunu Qətərə səfəri çərçivəsində oradakı türk...

Bağla