Türkiyədə separatçı terror təşkilatına qarşı böyük miqyasda əməliyyat keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbədəki şəxsi səhifəsində məlumat yayıb.
Məlumata görə Jandarma komandanlığı TEM Şöbəsi və Kəşfiyyat idarəsinin separatçı terror təşkilatına mənsub terrorçulara qarşı Şırnak, Mardin, Elazığ, Hatay, Muş, Siirt, Tunceli, Iğdır, Bingöl, Bitlis və Hakkaridə aparılan “Gürz-25” adlı əməliyyatlar zamanı 37 mağara, sığınacaq, mağara və sığınacaqlarda gizlətdikləri partlayıcı, müxtəlif silah və sursatlar məhv edilib.
Bundan başqa, əməliyyatlar zamanı 661 kiloqram partlayıcı maddə, 4 ədəd M79 tank əleyhinə termal silah, 3 ədəd RPG-7 reaktiv silah, 3 ədəd PKM pulemyotu, 4 ədəd Draqunov snayper tüfəngi, 12 ədəd Kalaşnikov avtomatı, 105 ədəd əl qumbarası, raketatıcı sursat, 25 artilleriya, minaatan və qumbaraatan, 14 min 67 müxtəlif ölçülü və diametrli sursat ələ keçirilib.
Əməliyyatların təfərrüatlarını sosial media hesabından paylaşan nazir Yerlikaya, “Əməliyyatlarımız ilin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz həm şəhərdə, həm də kəndlərdə qətiyyətlə davam edəcək. Separatçı terror təşkilatının maddi-texniki təminat məqsədilə istifadə etdiyi və aksiya keçirmək üçün hazırladığı mağaralar bir-bir aşkar edilərək məhv edilib. Əməliyyatları həyata keçirən Qəhrəman Jandarmamızı təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir.” – deyə bildirib.
PKK Terör Örgütüne ait 6️⃣6️⃣1️⃣ kg patlayıcı madde ele geçirildi.
1️⃣1️⃣ ilde bölücü terör örgütü mensubu teröristlerin kırsalda eylem yapmak amacıyla mağara ve sığınaklara sakladıkları patlayıcıların, çeşitli silah ve mühimmatların yok edilmesine yönelik düzenlenen “GÜRZ-25”… pic.twitter.com/Rl0LZavPAn
— Ali Yerlikaya (@AliYerlikaya) November 1, 2024