AZƏRBAYCAN XİN SERBİYAYA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

Bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib.

“Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, – paylaşımda yazılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Serbiyada qatar stansiyasının talvarının uçması nəticəsində 14 nəfər ölüb

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. “Report” xəbər verir ki, bunu Serbiya...

Bağla