Əl-Duveyni: COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır

0

COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır.

“Report” xəbər verir ki, bunu Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini liderlər ətraf mühitlə bağlı anlayış və davranışların düzəldilməsində rol oynayacaq:

Dinlər və insanlar arasında əlaqə gücləndirilməlidir. İqlim dəyişikliyi koronavirus pandemiyasından heç də az əhəmiyyətli deyil. Ona görə də gücləri birləşdirərək addım atmalıyıq. COP27 Misirdə, COP28 isə BƏƏ-də keçirilib. COP29 özündən əvvəlkilərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır”.

Məhəmməd Əl-Duveyni bildirib ki, iqlim dəyişikliyi və onun fəsadların aradan qaldırılması üçün təhsil müəssisələrində elmi fəaliyyətin möhkəmləndirilməsi, tədqiqatların həyata keçirilməsi, bu istiqamətdə qanunların qəbulu vacibdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Müsəlman Ağsaqqalları Şurası Azərbaycanın iqlim təşəbbüslərini yüksək qiymətləndirir”

Müsəlman Ağsaqqalları Şurası Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndirir. Bunu Şuranın sədri Məhəmməd Əbdülsalam Bakıda keçirilən Dini Liderlərin...

Bağla