“Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iqtisadi inteqrasiya, təhlükəsizlik və kosmosda əməkdaşlıq məsələləri müzakirə olunacaq”.
“Report”un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev bildirib.
O qeyd edib ki, görüşün yekunu olaraq 15 sənədin imzalanması planlaşdırılır:
“Bugünkü sammitdə əsas müzakirə mövzuları təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik olacaq. Sammitin yekunları üzrə kosmosda əməkdaşlıq daxil olmaqla 15 sənədin imzalanması planlaşdırılır”.