Hakan Fidan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb.

O, bu barədə Türkiyə KİV-inə müsahibəsində söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə – Ermənistan münasibətləri də normallaşacaq:

“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA DİNİ LİDERLƏRİN QLOBAL SAMMİTİNİN İKİNCİ GÜNÜ BAŞLAYIB

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən...

Bağla