Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

0

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Mərkəzi məlumat yayıb.

Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olundu.

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edildi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI YANINDA DAİMİ NÜMAYƏNDƏLƏR YARADILACAQ

Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq. Bu barədə Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasında qərar imzalanıb. Bildirilib ki,...

Bağla