ALİ ERBAŞ AĞDAM CÜMƏ MƏSCİDİNDƏ AZAN VERƏCƏK

0

Bu gün Ağdam Cümə məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.

“Report”un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.

Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam Cümə məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNİ LİDERLƏRİN QLOBAL SAMMİTİNİN İŞTİRAKÇILARININ QARABAĞA SƏFƏRİ BAŞLAYIB

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb. "Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qafqaz Müsəlmanları...

Bağla