Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Fondun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bu gün Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 4-cü ildönümü qeyd olunur. Türk Mədəniyyəti və İrsi Fondu qalib xalqı Zəfər günü münasibətilə təbrik edir, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin daimi olmasını diləyir!”, – paylaşımda qeyd olunub.