TÜRK DÖVLƏTLƏRİNİN ORTAQ HİMNİ HAZIRLANACAQ

0

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

Bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ICESCO-NUN BAŞ DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. Dövlət başçısı COP29-da iştirak etdiyinə görə...

Bağla