Bakıda Türk Dövlətləri Təşkilatının İqlimə Davamlı Kəndlər Forumu yaradılıb

0

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradılıb.

Bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Müqavilə türk regionunda iqlim uyğunlaşması, regionların üzləşdiyi problemlərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı dərin mübadilə imkanı yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, tədbirdə tərəflər kənd yerlərinin inkişafı, “ağıllı kənd” təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri və DİM-lərin lokallaşdırılması üzrə sübuta əsaslanan ən yaxşı təcrübələri bölüşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər”

Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər. "Report" xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun...

Bağla