QƏZZADA 2023-CÜ İLİN OKTYABRINDAN İNDİYƏDƏK 17,4 MİN UŞAQ ÖLÜB

0

2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.

“Report” xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, 35 mindən artıq azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3 500-ə yaxını isə qida çatışmazlığından əziyyət çəkir.

Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı məlumatlara görə, ümumilikdə 44 minə yaxın fələstinli anklavda gərginliyin qurbanı olub, 104 mindən çoxu isə yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARAKƏND FACİƏSİNDƏN 33 İL ÖTÜR

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti...

Bağla