ALLAHŞÜKÜR PAŞAZADƏ QLOBAL FORUMDA İŞTİRAK EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün noyabrın 25-də Portuqaliyaya gedəcək.

QMİ-dən verilən məlumata görə, səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə baş tutacaq.

A.Paşazadə noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantısında və “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”ında çıxışlar edəcək.

BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Qutteriş də iştirak edəcək.

Eyni zamanda şeyxülislam noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA ŞƏRAİTİ DƏYİŞKƏN BULUDLU OLACAQ, ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏK

Azərbaycanda noyabrın 24-də hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, sabah...

Bağla