5 DƏQİQƏ DÜŞÜNƏK

0

Gəlin beş dəqiqə ərzində gözlərimizi bağlayaq və düşünək.

Nəyi düşünək bilirsinizmi? Həyatımızı, onu harada və necə keçirdiyimizi, bu illər ərzində nələr yaşadığımızı düşünək. Yəni özümüzə bir növ hesabat verək. Çünki gündəlik hadisələr bizi o qədər məşğul edir ki, nəyə əhəmiyyət verəcəyimizi belə unuduruq. Yəni bizim üçün vacib olanları kənara qoyub, əhəmiyyətsiz işlərlə ömrümüzü hədər edirik. Halbuki, bu dünyada yaşamaq şansı bizə yalnız bir dəfə verilir, yenidən bu dünyaya gəlməyimiz mümkün deyil. Vaxt gec olmadan kənardan özümüzə və həyat tərzimizə baxaq ki, gələcəkdə “Vay bizim halımıza, biz bu həyatda bir şey qazanmadıq”, deyərək peşman olmayaq.

Fərz edin ki, bir ömür gedib, həyatın sonu çatıb amma əbədi həyata hazırlıq görülməyib, axirət üçün bir şey qazanılmayıb. İbadətlər yarım-yarımçıq, şüursuz, könülsüz olduğu üçün də geriyə böyük bir “kaş ki” ifadəsi qalıb.

İnsanların bu laqeydliyi və soyuqqanlılığına görə də Peyğəmbərimiz (s.ə.s.) bu cür xəbərdarlıq edir:

Bəli, həyatımıza diqqət yetirməli, gündəlik məşğuliyyətlərimizə fikir verməli, əbədi həyatımız və axirətimiz üçün nələr hazırlayırıq bunun hesabını aparmalıyıq. Aparmalıyıq ki, həyatımızda nəyin vacib, nəyin lazımsız olduğunu bilək. Həyatımızı boş yerə israf etməkdən xilas olaq.

Həqiqətən burada özünü hesaba çəkib, yanlışlarını düzəldən bir insan axirətdə hesaba çəkilməz, dünyada ikən gördüyü hazırlıq axirətdə ona hüzur və rahatlıq verəcək.

Elə buna görə də Rəbbimiz buyurur ki: “Mən qulumu iki dəfə qorxutmaram”.

Qul dünyada qorxar və həyatını Allahdan qorxaraq keçirərsə, artıq o qul üçün axirətdə qorxu olmayacaqdır. Olarsa iki dəfə qorxudulmuş olar. Halbuki, Rəbbimiz qulunu iki dəfə qorxutmayacağına dair söz vermişdir. Burada qorxub əmrlərini yerinə yetirən, orada qorxmayacaq və bəlkə də ən gözəl şəkildə mükafatlandırılacaqdır.

Elə isə gec olmadan, dünyada bizə yaşama möhləti verilmiş ikən, bundan lazımınca faydalanaq, özümüzü hesaba çəkək və varsa yanlışımız vaxtında tövbə edib, düzəltməyə çalışaq.

Həyatımızın, dünyaya gəlmə səbəbinə uyğun olub olmadığına diqqət yetirək. Məsələn;

“Yaradılış məqsədimizə uyğun olan xidmətlərdə biz də iştirak edirik mi, İslami vəzifələrimizi yerinə yetirir, dini mükəlləflərimizi icra edirikmi?”

Yoxsa; ancaq nəfsimiz öz istək və arzularımızın təmini, şəxsi mənfəətlərimiz uğrunda mübarizədirmi? Bunlardan başqa heç bir şey düşünmür, milli, mənəvi dəyərlərlə  bağlı heç bir narahatlıq hiss etmir, heç kədərlənmirsiniz? Yəni sizə bəxş olunan bu böyük həyatı nəfsinizin uğrunda sərf edirsiniz?

Əgər belədirsə, deməli mənəviyyatımız uçurumdan düşmək təhlükəsindədir.

Nə deyirsiniz? Bu nəfs mübarizəsini aparmağa hazırsınızmı? Yoxsa heç vecinizə də deyil, necə gəlib elə də getsin deyirsiz?

Bütün həyatımıza dərs olacaq bir təcrübəni sizinlə paylaşmaq istərdim. Bir təcrübə qurbağası, qaynar su olan qazana atılır və bu zaman o ani bir reflekslə sıçrayıb sudan çıxır. İkinci dəfə isə ilıq su olan qazana atılır. Bu dəfə şərait ona xoş olduğu üçün rahatlayır, bu onun çox xoşuna gəlir. Bir az sonra su yavaşca isidilməyə başlanır, qurbağa getdikcə uyuşur. Nəhayət su qaynamağa başlarkən qurbağanın tullanmağa gücü yetmir. Və qurbağa diri-diri bişirək, ölür. Modern həyatın mənfi xüsusiyyətləri də bizi belə yavaşca ələ keçirir. Bir vaxtlar əxlaqa, ədəbə, imana, insanlığa qarşı gördüyümüz bir sıra hadisələr xırda-xırda hissələrlə həyatımıza daxil olur. Sonra da hadisələr o qədər adiləşir ki, həyatımızı təmamən əhatə edir.

Həyatın əyləncəli görünməsinə aldanma. Çatlağı illər ərzində genişlənən anbar hər an partlaya bilər və bundan sonra baş verə biləcək fəlakətin qarşısının alınması mümkün olmur.

Həyatımızda hər şeyin normal olduğu görünsə də bir sıra problemlər ola bilər. Ailənizlə, sağlamlığınızla, qulluğunuzla bağlı düzəltməli olduğunuz cəhətlər ola bilər. Gedişatın sonunu düşünün. Sıçrayın, ayılın! Daxildəki duyğularınızın səsini eşidin. Könül dünyanızda fırtınalar qopsun. Getdiyimiz yola diqqət yetirək, lazım gələrsə onu da dəyişək. Təki Rəbbimiz bizdən razı olsun.

Gülnarə SEYİDOVA

(Bizim Ailə Jurnalı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KOSMİK RƏQS HƏYATIMIZA NECƏ TƏSİR EDİR?

Gənc Qəzzali mədrəsənin bağçasında qarşıdakı dağı seyr edirdi. Ağlına birdən  “sən dağları hərəkətsiz görərsən, amma onlar buludların əksi kimi  axar”...

Bağla