Azərbaycan və Türkiyə arasında tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası artırılıb

0

Azərbaycan və Türkiyə arasında tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası 2,9 dəfə artırılaraq 35 mindən 100 minə çatdırılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədən Azərbaycana ixracın 81 %-i quru yolla həyata keçirilir: “Son illər avtomobil daşımalarında istifadə olunan keçid sənədlərinin sayında əhəmiyyətli artıma nail olmuşuq. Bu addımla quru nəqliyyatında səmərəliliyi artıraraq ticarətin sürətləndirilməsini hədəfləyirik. Nəqliyyat və ticarətin inkişaf etdirilməsi istiqamətində birgə səylər davam etdirilir”.

Nazir qeyd edib ki, iki ölkə arasında rəqəmsal inteqrasiya təmin edilib: “Ölkələrimiz arasında elektron keçid sənədlərinin tətbiqinə başlanılıb. Sınaq kampaniyası zamanı elektron pasport verilən ilk türk avtomobili bu il dekabrın 14-də Azərbaycana daxil olub. Bununla da, Özbəkistandan sonra Azərbaycanla da elektron keçid sənədləri tətbiq edilib. Elektron keçid sənədi kvotası tranzit daşımalarında illik 15 min, ikitərəfli daşımalarda isə 500 müəyyən edilib. İnteqrasiya ilə bağlı işlər davam etdikcə fiziki sənədlər üçün müəyyən edilmiş kvotaların elektron sənədlərə çevrilməsinə qərar verilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİSİN SƏDRİ TÜRKİYƏDƏ SƏFƏRDƏDİR

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti bu gün Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdədir. Bu barədə...

Bağla