ƏRDOĞAN: QARDAŞ AZƏRBAYCANA D-8 AİLƏMİZƏ XOŞ GƏLDİNİZ DEYİRƏM

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8 (İnkişaf Edən Səkkiz Ölkə -red.) ailəsinə qoşulduğunu bəyan edib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Misirin paytaxtı Qahirədə keçirilən D-8-in 11-ci Zirvə toplantısında danışıb.

“Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm”, – Ərdoğan vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ƏRAZİLƏRƏ LEYSAN YAĞIR

Ölkə ərazisində dekabrın 19-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir....

Bağla