D-8-ə üzv qəbul edilməsi Azərbaycanın xarici siyasətində müstəqil aktor olmasını bir daha sübut edir.
Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, prezident İlham Əliyevin də müsahibəsində vurğuladığı kimi Azərbaycan bölgədə və dünyada müstəqil siyasət yeridən ölkədir:
“Bütün dünya bunu belə qəbul edir. D-8 təşkilatı böyük ərazini əhatə edir. Burada birləşən ölkələr sırasında Azərbaycanın ən yaxın müttəfiqləri, Türkiyə və Pakistan da var. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizində bağlayıcı rol oynaması bu təşkilatda fəaliyyəti təşkilatı daha da gücləndirəcək. Bu prezidentin uğurlu xarici siyasətinin bir daha təsdiqidir”.