Dindən dağıdıcı amil kimi istifadə etməkdə maraqlı olan, ksenofobiya, islamofobiya kimi vasitələrdən istifadəyə meyil edən qüvvələrlə mübarizədə dini maarifləndirmənin güclü olması ciddi əhəmiyyətli məsələdir.
“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dini maarifləndirmədə düzgün təbliğat mühüm rol oynayır:
“Eyni zamanda cəmiyyətin və din xadimlərinin qarşısında duran məsələlər mövzusunda ciddi məsləhətləşmələrin aparılması vacibdir”.