Ərdoğan: Azərbaycanın D-8-ə üzvlüyü bu təşkilatı daha da gücləndirəcək

0

Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü bu təşkilatı daha da gücləndirəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, təşkilatın 3 qitədə də təsiri artıb.

Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN DİN XADİMLƏRİ FORUMUNUN BAĞLANIŞ MƏRASİMİ OLUB

Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunun bağlanış mərasimi olub. Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forum...

Bağla