Türkiyə Balıkesir vilayətinin Kavaklı kəndində yerləşən ZSR sursat zavodunda ölümlə nəticələnən partlayış baş verib.
Bu barədə məlumat yayan yerli mətbuat hadisə nəticəsində 12 nəfərin öldüyünü, 3 nəfərin də yaralandığını bildirib.
Partlayış barədə məlumat verən Balıkesir valisi İsmail Ustaoğlu, hadisədə təxribat ehtimalının olmadığını bildirib.
Vali Ustaoğlu həmçinin partlayışdan sonra biinada çökmə meydana gəldiyini deyib.