Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə onun “X” hesabında paylaşım edilib.
“Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfalar arzu edirəm.
Dost və qardaş ölkələr Azərbaycan və Qazaxıstana başsağlığı diləyirəm”, – paylaşımda qeyd olunub.