DEKABRIN 26-DA AZƏRBAYCANDA MATƏM ELAN EDİLİB

0

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə nazirliyin “X”...

Bağla