TƏYYARƏ QƏZASINDAN SONRA 14 AZƏRBAYCAN VƏTƏNDAŞI SAĞ QALIB

0

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

“Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub”, – M.Karabayev deyib.

Onun məlumatına görə, təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. Ekipajdan 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN AZƏRBAYCANDA MATƏM GÜNÜDÜR

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür. “Report”un məlumatına görə,...

Bağla