ŞAM “ƏMƏVİ” MƏSCİDİNİN XALÇALARI TÜRKİYƏDƏ YENİLƏNƏCƏK

0

Suriyanın paytaxtı Dəməşq (Şam) şəhərində yerləşən tarixi “Əməvi” məscidinin xalçaları Türkiyənin Qaziantep vilayətində hazırlanacaq.

Bu barədə Qaziantep bələdiyyəsinin sədri Fatma Şahin sosial şəbəkə platformasında olan səhifəsində məlumat yayıb.

Bələdiyyə sədri xalçanın ramazan ayına yetişəcəyini bildirib.

“Xalçada dünya lideri olan qaziantepli xalçaçılarımız bütün xərcləri öz üzərlərinə götürdülər və biz də Qaziantep Böyükşəhər Bələdiyyəsi olaraq getdik və işə başladıq. Şam Əməvi məscidinin xalçaları ilk təravih namazına hazır olacaq inşallah. Bizə bu fürsəti verdiyi üçün Rəbbimizə şükürlər olsun”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT-İN BAŞ KATİBİ: AZƏRBAYCANIN MÖVQEYİNİ DAİM DƏSTƏKLƏYİRİK

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Səməd Seyidov, Fazil Mustafa,...

Bağla