“ANADOLU”NUN  OPERATORU QƏZZADA GÜLLƏ YARASINDAN ÖLÜB

0

Türkiyənin “Anadolu” xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.

“Report”un agentliyə istinadən verdiyi məlumata görə, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.

Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.

“Anadolu”nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə İlham Əliyevin bölgədə sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir”

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir. “Report”un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri...

Bağla