HAVA BƏZİ YERLƏRDƏ YAĞINTILI OLUB

0

Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir.

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.

Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik

“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik. “Report” xəbər...

Bağla