Bazar ertəsi günü 300 mindən çox fələstinli Qəzza zolağına qayıtmaq imkanı yarandıqdan sonra anklavın şimal rayonlarına geri dönüb.
“Report” xəbər verir ki, müvafiq bəyanatı Qəzzada KİV ilə iş üzrə idarə öz teleqram kanalında dərc edib.
“Bu gün anklavın cənub və mərkəzi rayonlarından 300 mindən çox insan Ər-Rəşid və Səlahəddin yolları (müvafiq olaraq Qəzzanın qərbində dəniz sahili boyunca və şərq hissəsində yerləşir – red.) ilə şimala qayıdıb”, – məlumatda qeyd olunub.
Qəzza zolağının nə qədər sakininin şimal rayonlarına qayıtmağı planlaşdırdığı barədə hələlik məlumat verilmir