FRANSADA MƏSCİDƏ HÜCUM OLUB

0

Fransanın Çerburq şəhərində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı məscid naməlum şəxslərin hücumuna məruz qalıb.

DİTİB Fransa İdarə Heyətindən verilən yazılı açıqlamada dünən Çerburqda DİTİB-ə bağlı məscidin qapısına donuz başı şəklinin çəkildiyi bildirilib.

Bəyanatda, “Sülh mənbəyi olan məscidimizi hədəf alan bu qəbuledilməz hərəkəti şiddətlə qınayırıq. Bütün camaatımıza keçmiş olsun diləklərimizi çatdırır, hörmət və insanlıq dəyərlərini müdafiə etmək əzmimizi bir daha vurğulayırıq.” ifadələrinə yer verilib.

Qeyd edək ki, ötən həftə Fransanın Saint-Omer şəhərində DİTİB-ə bağlı məscidin qarşısına təlimlərdə istifadə edilən əl qumbarası buraxılmışdı.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan nümayəndəsi İƏT-in Baş katibi ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Şahin Abdullayev bu qurumun Baş katibi Hüseyn Brahim Taha ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini...

Bağla