Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək

0

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir:

“Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Ticarət Nazirliyi Azərbaycanı ixrac üçün hədəf ölkələr siyahısına daxil edib

Türkiyə Ticarət Nazirliyi Azərbaycanı 2025-ci ildə ixrac üçün hədəf ölkələr siyahısına daxil edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib....

Bağla